Modern.az

ABŞ-nin Yəmənə hücumu - 31 nəfər ölüb

ABŞ-nin Yəmənə hücumu - 31 nəfər ölüb

Dünya

16 Mart 2025, 11:17

"Ənsar Allah" hərəkatının üsyançılarının (husilər) nəzarətində olan Yəmənin paytaxtı Səna və ölkənin digər bölgələrinə ABŞ-nin endirdiyi zərbələr nəticəsində azı 31 dinc sakin ölüb, 100-dən çox insan yaralanıb.

 

Modern.az xəbər verir ki, bu barədə üsyançıların Səhiyyə Nazirliyinin nümayəndəsi Anis əl-Əsbahi özünün sosial şəbəkədə bildirib.

 

“İlkin məlumatlara görə, ABŞ-nin Səna, Səada, Əl-Bayda əyalətləri və Radaa şəhərinin mülki və yaşayış məntəqələrinə hücumu nəticəsində 31 nəfər həlak olub, 101 nəfər yaralanıb”, - o deyib.

 

Daha əvvəl 13 nəfərin öldüyü bildirilirdi.

 

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp ABŞ Silahlı Qüvvələrinə Yəməndə husilərə qarşı hərbi əməliyyatlara başlamağı əmr edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI