Modern.az

“Azərsu” ASC: “Ekoloji sabitliyin təmin olunması əsas prioritetimizdir”

“Azərsu” ASC: “Ekoloji sabitliyin təmin olunması əsas prioritetimizdir”

Təhsil

28 Yanvar 2014, 15:43

Ekoloji sabitliyin təmin olunması və ətraf mühitin qorunması “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin prioritet məqsədlərindəndir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkədə həyata keçirilən genişmiqyaslı tədbirlərə “Azərsu” ASC də öz töhfələrini verməkdədir. Səhmdar Cəmiyyətin həyata keçirdiyi ekoloji tədbirlər sırasında yaşıllaşdırma işləri xüsusi əhəmiyyət kəsb edir.

Modern.az-ın məlumatına görə, 2011-ci ildən başlayaraq yaz və payız mövsümlərində Səhmdar Cəmiyyətin əmək kollektivlərinin təşəbbüsü ilə idarə və müəssisələrin, su anbarlarının və təmizləyici qurğuların yerləşdiyi ərazilərdə geniş yaşıllaşdırma işləri aparıb. Bu sahədə ən böyük işlər 2013-cü ildə icra edilib.  Hesabat dövründə Səhmdar Cəmiyyətin idarə və müəssisələrinin, su anbarlarının, təmizləyici qurğuların, yerli sukanal idarələrinin ərazilərində yaşıllaşdırma və abadlıq işləri  həyata keçirib. Bu tədbirlər çərçivəsində əkilmiş ağac və dekorativ bitkilərin ümumi sayı 175 minə çatmışdır. İl ərzində 22 min ədəd həmişəyaşıl, 2734 meyvə ağacı, 145 min ədəd mövsümü gül,  5200 ədəd qızılgül kolu əkilib.

Bununla yanaşı  10 min kvadratmetr sahədə qazon otu səpilmiş, ağacların suvarılması məqsədi ilə 2,6 km uzunluğunda su xətti çəkilmiş və damcı suvarma sistemi yaradılıb. Həmçinin  ötən illərdə əkilmiş ağaclara aqrotexniki qulluq göstərilmiş və abadlıq işləri aparılıb.

Ümumilikdə 2011-2013-cü illərdə Səhmdar Cəmiyyətin idarə və  müəssisələrinin, hidrotexniki qurğularının yerləşdiyi ərazilərdə 270 minə qədər yaxın müxtəlif növdə ağac və dekorativ bitkilər əkilib. Yaşıllaşdırma tədbirləri 2014-cü ildə də davam etdiriləcək və daha geniş əraziləri əhatə edəcəkdir.

 

 

 

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB