Modern.az

Rafiq Hüseynov müalicə üçün yenidən Türkiyəyə gedəcək

Rafiq Hüseynov müalicə üçün yenidən Türkiyəyə gedəcək

Təhsil

28 Yanvar 2014, 15:46

“Xalq artisti Rafiq Hüseynov fevral ayının əvvəlində Türkiyəyə yollanacaq”. Bunu Modern.az-a açıqlamasında onun həyat yoldaşı Səbinə Hüseynli deyib. “Bilirsiniz ki, o, kimya-terapeyanı Azərbaycanda keçməliydi. Lakin akademik Əhliman Əmiraslanovla söhbət zamanı belə qərara gəldilər ki, ilk kimya-terapeya Türkiyədə aparılsın. Çünki əməliyyat İstanbul klinikasında baş tutub. Ona görə də ilk kimyəvi müalicənin İstanbulda aparılması məqsədəuyğundur. Lakin sonrakı mərhələlərdə aparılmalı olacaq kimya-terapeyanın hansı xəstəxanada aparılacağı bəlli deyil”.

Qeyd edək ki, məşhur diktor Rafiq Hüseynov ağ ciyər xərçəngindən Türkiyədə əməliyyat olunub. Keçən həftəyə qədər ilk kimyəvi müalicənin Bakıda aparılması nəzərdə tutulurdu.

Namidə BİNGÖL

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB