Modern.az

Pakistanda terror - 12 hərbçi öldürüldü

Pakistanda terror - 12 hərbçi öldürüldü

Dünya

16 Mart 2025, 20:22

Pakistanın Bəlucistan vilayətidə yerləşən Noşki bölgəsində hərbçiləri daşıyan avtobusa hücum edilib.

Modern.az xəbər verir ki, terror aktı nəticəsində Pakistan ordusunun azı 12  hərbçisi həlak olub, 26-sı isə yaralanıb.

Silahlı hücumdan əvvəl partlayış törədilib. Partlayış kamikadze tərəfindən əldəqayırma qurğudan istifadə etməklə həyata keçirilib.

Hərbçilərin cavab atəşi nəticəsində iki terrorçu məhv edilib. Ərazi təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınıb.

Hücuma görə məsuliyyəti Bəlucistan Azadlıq Ordusu öz üzərinə götürüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI