Özünü “Fətullah Gülən sevdalıları” adlandıran qrupun elektron poçt ünvanından bəzi KİV-lərə, o cümlərən Modern.az-a göndərilən məktubda Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə hədələnib. Buna səbəb isə şeyxülislam hacı Allahşükür Paşazadənin bu gün QMİ-nin Qazılar Şurasının iclasında bəzi təqriqətlərin, o cümlədən nurçuların ünvanına səsləndirdiyi sərt fikirlərdir.
Özünü “Fətullah Gülən sevdalıları” adlandıran qrup bəyan edib ki, A.Paşazədənin nurçuların adını vəhhabilərlə bərabər çəkməsi onları qəzəbləndirib. “Fətullah Gülən sevdalıları” A.Paşazadəni xarici ölkələrədən, xüsusən də vahhabilərdən Azərbaycanda məscid tikintisi üçün maliyyə almaqda suçlayıblar.
Modern.az