Modern.az

Tramp sabah Putinlə danışmağı planlaşdırır

Tramp sabah Putinlə danışmağı planlaşdırır

17 Mart 2025, 08:47

ABŞ prezidenti Donald Tramp martın 18-də rusiyalı həmkarı Vladimir Putinlə telefonla danışmağı planlaşdırdığını bildirib.

 

Modern.az-ın məlumatına görə, bu barədə ABŞ prezidenti Ağ Evin mətbuat xidmətinə bildirib.

 

"Düşünürəm ki, bizimlə Rusiya arasında hər şey yaxşı gedir. Baxaq, bəlkə çərşənbə axşamına qədər nəsə elan edəcəyik. Mən çərşənbə axşamı prezident Putinlə danışacağam", - deyə D.Tramp bildirib.

 

D.Tramp qeyd edib ki, V.Putinlə söhbəti zamanı ərazilər məsələsini müzakirə etmək niyyətindədir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI