Modern.az

Azərbaycanda daha bir vəzifəli şəxsə cinayət işi açıldı

Azərbaycanda daha bir vəzifəli şəxsə cinayət işi açıldı

28 Yanvar 2014, 17:21

Modern.az saytı Baş Prokurorluğun mətbuat xidmətinə istinadən bildirir ki, “Azinterpartlayış-X” MMC-nin direktor müavini barəsində cinayət işi başlanıb.

“Azinterpartlayış-X” Məhdud Məsuliyyətli Cəmiyyətində əmək haqqının mənimsənilməsi barədə vətəndaş Səməd Kərimovun müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində araşdırılıb.

Araşdırma zamanı 2011-2013-cü illərdə cəmiyyətdə işləmiş Səməd Kərimova hesablanmış 7.500 manat məbləğində əmək haqqının həmin müəssisənin maliyyə məsələləri üzrə direktor müavini Əligül Səlimov tərəfindən plastik kart vasitəsi ilə bankomatdan çıxarılaraq mənimsənilməsində əsaslı şübhələr olduğundan fakta görə Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə )  maddələri  ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam etdirilir.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB