Modern.az

Ermənistan konstitusiyası dəyişməlidir - Türkiyədən REAKSİYA

Ermənistan konstitusiyası dəyişməlidir - Türkiyədən REAKSİYA

17 Mart 2025, 19:21

Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətni üzrə danışıqların yekunlaşması Cənubi Qafqaz üçün mühüm mərhələdir.

Modern.az xəbər verir ki, bu barədə AK Partiya sözçüsü Ömer Çelik bildirib.

O qeyd edib ki, bundan sonra Azərbaycana qarşı ərazi iddialarını nəzərdə tutan qanunların və ya konstitusiya maddələrinin dəyişdirilməsi Ermənistan üçün də vacib olacaq.

Sözçü həmçinin bildirib ki, ATƏT-in Minsk Qrupu artıq ləğv edilməlidir.

Ö.Çelik onu da qeyd edib ki, Minsk Qrupunun missiyası daha faktiki olaraq yoxdur. 

Qeyd edək ki, Azərbaycan və Ermənistan Xarici İşlər Nazirlikləri martın 13-də bəyanat yayaraq, Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşdığını bildirib.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI