Modern.az

Aydın Hüseynova YAP rəhbərliyində vəzifə verildi

Aydın Hüseynova YAP rəhbərliyində vəzifə verildi

28 Yanvar 2014, 18:35


Bu gün Yeni Azərbaycan Partiyasının iqtisadi məsələlər komissiyasının ilk iclası keçirilib. İclasda komissiyanın 2014-cü ildə Fəaliyyət planı müzakirə edilib.
Hakim partiyanın məlumatına görə, YAP-ın iqtisadi məsələlər komissiyasının sədri, partiyanın İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov fəaliyyət planında nəzərdə tutulan məsələlər haqqında məlumat verib. E.İbrahimov bildirib ki, komissiya bu il ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin uğurlarının təbliğinə yönəlmiş bir sıra tədbirlər keçirməyi nəzərdə tutur. Onun sözlərinə görə, tədbirlər sırasına ilk olaraq Azərbaycanın ərzaq təhlükəsizliyinin mahiyyəti, mövcud vəziyyət və perspektivlər barədə KİV-lərin iştirakı ilə təşviqat xarakterli konfransların təşkil olunması daxildir. Bundan əlavə, regionların inkişafı ilə bağlı nəzərdə tutulan yeni dövlət proqramı, ölkədə kənd təsərrüfatının inkişaf strategiyası və aqrar layihələrin əhəmiyyəti barədə təqdimatların keçirilməsi də YAP-ın iqtisadi məsələlər komissiyasının fəaliyyət planına daxildir. Komissiyanın sədri onu da bildirib ki, Prezident İlham Əliyevin növbəti 5 illik inkişafa dair qarşıya qoyduğu hədəflərin geniş şəkildə təbliğ olunması da partiyanın iqtisadi məsələlər komissiyasının gündəmində olan əsas məsələlərdən biridir.
İclasda komissiyanın üzvləri çıxış edərək 2014-cü ilin fəaliyyət planı haqda fikir və təkliflərini bildiriblər. Müzakirələrin sonunda YAP-ın iqtisadi məsələlər komissiyasının 2014-cü il üçün Fəaliyyət planı təsdiq edilib.
Qeyd edək ki, YAP Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov YAP-ın iqtisadi məsələlər komissiyasının sədr müavini seçilib.


Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB