Modern.az

Dairə seçki komissiyalarının tərkibində DƏYİŞİKLİK

Dairə seçki komissiyalarının tərkibində DƏYİŞİKLİK

Aktual

18 Mart 2025, 16:12

Ölkə üzrə bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib.

Modern.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) martın 18-də keçirilən iclasında qurumun sədr müavini Rövzət Qasımov açıqlayıb.

O bildirib ki, MSK-nın müvafiq qərarlarına əsasən, 15 saylı Yasamal birinci, 18 saylı Nərimanov-Nizami-Binəqədi, 43 saylı Sumqayıt ikinci, 79 saylı Astara dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib.

Qərarlar iclasda ayrı-ayrılıqda səsə qoyularaq qəbul olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi