Modern.az

“Səməni” festivalı maraqla qarşılandı - FOTO

“Səməni” festivalı maraqla qarşılandı - FOTO

Aktual

18 Mart 2025, 14:46

Gəncə Dövlət Universitetində Kimya-biologiya fakültəsinin təşkilatçılığı ilə Novruz bayramı münasibətilə “Səməni” festivalı keçirilib. Festivalda Novruz bayramının atributlarını və milli adət-ənənələrimizi özündə əks etdirən bayram xonçaları nümayiş olunub.

Modern.az xəbər verir ki, tələbələrin maraqlı əl işləri, səmənilər, Şuşa və Xarıbülbül simvolu, eləcə də qədimi əşyaların nümayişi festifalı daha da maraqlı edib.

Universitetin rektoru Yusif Yusibov tədbir iştirakçılarını bayram münasibəti ilə təbrik edib, ən xoş arzularını çatdırıb. Bildirilib ki, qədim köklərə malik Novruz bayramının kütləvi el şənlikləri və mərasimlərlə dövlət səviyyəsində keçirilməsi, yurdumuzun hər bir guşəsində coşqu ilə qeyd olunması milli müstəqilliyimizin bizə bəxş etdiyi nailiyyətlərindəndir və tarixi-milli irsimizə bağlılığımızın parlaq təzahürlərindəndir.  Gəncə Dövlət Universitetində təşkil edilən “Səməni” festifalı da milli adət-ənənələrimizi, dəyərlərimizi yaşatmaq və yeni nəsillərə ötürmək məqsədi daşıyır.

Novruz personajları sayılan Keçəl və Kosanın əyləncəli tamaşaları və konsert proqramı hər kəsə xoş ovqat bəxş edib.

Sonda münsiflər heyəti tərəfindən festifalın qalibləri müəyyən edilərək mükafatın verilməsi qərara alınıb.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi