Modern.az

Sabunçuda faciə - Yanmış evdə 3 nəfərin meyiti tapıldı

Sabunçuda faciə - Yanmış evdə 3 nəfərin meyiti tapıldı

Hadisə

18 Mart 2025, 17:49

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 80 m² olan, birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.

Modern.az xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

Yanğın yerinin kəşfiyyatı zamanı 1-i uşaq olmaqla 3 nəfərin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər