Modern.az

Leyla Əliyeva “Altı günbəz” sinaqoqunda - FOTOLAR

Leyla Əliyeva “Altı günbəz” sinaqoqunda - FOTOLAR

Aktual

18 Mart 2025, 22:03

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva martın 18-də Qubadakı Qırmızı qəsəbədə “Altı günbəz” sinaqoqunda olub.

 

Modern.az xəbər verir ki, Leyla Əliyevaya sinaqoqun tarixi barədə məlumat verilib.

 

Bildirilib ki, 1888-ci ildə inşa edilən sinaqoq Şərq üslubunda tikilmiş qədim memarlıq abidəsidir. Böyük ibadət zalı olan sinaqoqun içərisindəki ibadət divarına baxan hissə aron-kaduş adlanır. Altıguşəli ulduz şəklində olan pəncərələr palıd ağacından hazırlanıb. Burada dini mərasimlərin keçirilməsi üçün 60 nəfərlik ibadət zalı var.

 

Sovet dövründə məbəd anbar kimi istifadə olunub. Müstəqillik illərində isə sinaqoq bərpa edilərək yenidən istifadəyə verilib.

Sizə yeni x var
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi