Yanvarın 31-də Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 130 illiyi tamam olur. Bu məqsədlə prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncam Təhsil Nazirliyinin üzərinə də müəyyən vəzifələr qoyur.
Modern.az-ın sorğusuna cavab olaraq sözügedən nazirlikdən bildirilib ki, il ərzində bir sıra tədbirlərin keçirilməsi planlaşdırılır. Məlumatda deyilir: “Rəsulzadənin 130 illik yubileyi ilə bağlı əlaqədar təhsil müəssisələrində elmi-praktik konfransların, seminarların, disputların təşkili, Rəsulzadənin həyatına, ictimai-siyasi fəaliyyətinə həsr olunan məqalələrin KİV-də dərc edilməsi, onun həyatı və yaradıcılığını əks etdirən fotostendlərin tərtibi və digər tədbirlər nəzərdə tutulub”.
Namidə BİNGÖL