Modern.az

İmamoğlu niyə həbs edilib? - 100 nəfər TUTULDU

İmamoğlu niyə həbs edilib? - 100 nəfər TUTULDU

Dünya

19 Mart 2025, 09:26

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun ittiham edildiyi maddələr məlum olub.

Modern.az xəbər verir ki, İstanbul Baş Prokurorluğu tərəfindən aparılan terror, rüşvət və korrupsiya istintaqı çərçivəsində İstanbul Böyükşəhər Bələdiyyə sədri Ekrəm İmamoğlu, onun müşaviri Murat Ongun, Beylikdüzü Bələdiyyə Başçısı Murat Çığlık və Şişli Bələdiyyə Başçısı Resul Şahan da daxil olmaqla 100 nəfər haqqında həbs qərarı çıxarılıb.

Baş Prokurorluğun yaydığı məlumatda bildirilir ki, təqsirləndirilən şəxslər cinayətkar təşkilatın rəhbəri olmaq, cinayətkar təşkilata üzv olmaq, qəsb etmə, rüşvətxorluq, dələduzluq, qanunsuz olaraq şəxsi məlumatların əldə edilməsi, tenderin saxtalaşdırılmasında ittiham olunaraq saxlanılıblar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi