Modern.az

Nazirlik bayramda gücləndirilmiş rejimdə işləyəcək

Nazirlik bayramda gücləndirilmiş rejimdə işləyəcək

19 Mart 2025, 09:54

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) Novruz və Ramazan bayramı günlərində əhalinin nəqliyyat, poçt, telekommunikasiya, o cümlədən internet, mobil rabitə xidmətləri və radio-televiziya yayımı ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün müvafiq tədbirlər həyata keçirib.

Bu barədə Modern.az-a nazirlikdən birldirilib.

Bununla bağlı Rəqəmsal RİNN-in qurumlarına, eləcə də mobil və telekommunikasiya operatorlarına, internet xidmət provayderlərinə təlimat göndərilib.

Müvafiq struktur bölmələri xidmətlər üzrə baş verə biləcək problemlərin aradan qaldırılması məqsədilə tam hazır vəziyyətə gətirilib.

Whatsapp
Bizə yazın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi