Modern.az

Bakı-Qazax yolunda maşın kanala aşdı

Bakı-Qazax yolunda maşın kanala aşdı

Aktual

19 Mart 2025, 10:34

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az-ın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazsindən keçən hissəsində qeydə alınıb.

Mingəçevir şəhər sakini Nurlan Quliyevin idarə etdiyi “Toyota Prius” markalı avtobil Naftalan sakini Natiq Allahverdiyevin idarə etdiyi “VAZ 21099” markalı maşına çırpılıb. Qəzadan sonra avtomobillərdən biri yaxınlıqda olan su kanalına düşüb. Xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi