Modern.az

Şahdağa qar yağdı - FAKTİKİ HAVA

Şahdağa qar yağdı - FAKTİKİ HAVA

Aktual

19 Mart 2025, 14:46

Martın 19-u saat 14:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Modern.az-aa verilən məlumata görə, ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunub.

 

Hazırda bəzi ərazilərdə şimal-qərb küləyi əsir, küləyin sürəti Bakıda və Abşeron yarımadasında 30 m/s, Beyləqanda 22 m/s, Kəlbəcərdə 21 m/s, Neftçalada 20 m/s, Sabirabad və Şahdağda 17 m/s, Laçında 16 m/s, Biləsuvar, Lerik və Şirvanda 15 m/s-dək güclənib.

Zaqatala, Qusar, Balakən, Qax, Şəki, Ceyrançöl, Tovuz, Gəncə, Göygöl, Oğuz, Mingəçevir, Yevlax, Gədəbəy, Qəbələ, Quba, Şəmkirdə fasilələrlə yağış yağır. Şahdağda isə arabir qarın yağması müşahidə olunur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək