Modern.az

Trampla Putin bu ölkədə görüşəcək

Trampla Putin bu ölkədə görüşəcək

Dünya

19 Mart 2025, 17:55

ABŞ prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin arasında danışıqların hansı ölkədə baş tuta biləcəyi açıqlanıb.

Modern.az xəbər verir ki, bu barədə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff bildirib.

"Tramp və Putin arasında görüş Səudiyyə Ərəbistanında baş tuta bilər", - Vitkoff Bloomberg-ə açıqlama verib.

Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan etmişdi ki, Putinlə Tramp arasında qarşılıqlı anlaşma və etimad yaranıb. Bundan əlavə, onlar tədricən Rusiya-Amerika münasibətlərinin normallaşmasına doğru getməyi planlaşdırırlar.

 

Xatırladaq ki, Prezidentlər martın 18-də telefonla danışıblar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI