Modern.az

LDU-da bayram ovqatlı Novruz şənliyi - FOTO

LDU-da bayram ovqatlı Novruz şənliyi - FOTO

Aktual

19 Mart 2025, 15:44

Lənkəran Dövlət Universitetində (LDU) xalqımızın ən gözəl milli bayramı olan Novruzun gəlişi xoş bayram ovqatı ilə qeyd edilib.

LDU-nun Böyük akt zalında keçirilən bayram şənliyində Novruz adətlərini əks etdirən videorolik nümayiş etdirlib.

Sonra bayramsayağı bəzədilmiş zal universitetin və LDU-nun nəzdində olan Sosial Aqrar Texnoloji Kollecin gənc istedadlarının, Novruz bayramının atributları olan Kosa və Keçəlin, Bahar qızın ixtiyarına verilib. Məzəli səhnəciklər, şirin yumor, oynaq mahnı və rəqslər bir-birini əvəzləyib, tədbir iştirakçılarına xoş ovqat, bayram əhval-ruhiyyəsi bəxş edib.

 

Novruz şənliyi milli birliyimizin simvolu olan möhtəşəm “Yallı” rəqsi ilə sona çatıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək