Modern.az

Bakı Ali Neft Məktəbi reytinq cədvəlində liderdir - SİYAHI

Bakı Ali Neft Məktəbi reytinq cədvəlində liderdir - SİYAHI

29 Yanvar 2014, 12:12

Bakı Ali Neft Məktəbi reytinq göstəricilərinə görə ali təhsil müəssisələri arasında mütləq liderdir.

Modern.az-ın məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası  “Abituriyent” jurnalının 2013-cü ilin 12-ci sayında “2013/2014-cü tədris ili üçün tələbə qəbulunun nəticələrinin elmi-statistik təhlili”ni dərc edib. Təhlildə öz əksini tapmış məlumatlara görə ali təhsil müəssisələrinin reytinq göstəriciləri 1-ci onluqda aşağıdakı kimi olub.

Təhlildə öz əksini tapmış məlumatlara görə ali təhsil müəssisələrinin reytinq göstəriciləri 1-ci onluqda aşağıdakı kimi olub.

Ali təhsil müəssisəsi

Reytinq

1.

Bakı Ali Neft Məktəbi

14250

2.

İnformasiya Texnologiyaları Universiteti

12506

3.

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası

8428

4.

Azərbaycan Tibb Universiteti

6039

5.

Azərbaycan Diplomatiya Akademiyası

3804

6.

“Qafqaz” Universiteti

3659

7.

BakıDövlətUniversiteti

3601

8.

Azərbaycan Dillər Universiteti

3125

9.

Naxçıvan Dövlət Universiteti

2973

10.

AzərbaycanDövlətNeftAkademiyası

2907

                              

Göründüyü kimi Bakı Ali Neft Məktəbi özünün 2012-ci ildə əldə etdiyi liderlik mövqeyini yenə də qoruyub saxlayıb.

2013-cü ilin tələbə qəbulunun nəticələrinə görə Bakı Ali Neft Məktəbində minimal keçid balı 634, “Neft-qaz mühəndisliyi” ixtisası üzrə orta bal 661, “Kimya mühəndisliyi” ixtisası üzrə646,“Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə669 olmuşdur. 1-ci qrupda 600-dən çox bal toplamış  369 abiturientdən 121-i (32,79%-i)Bakı Ali Neft Məktəbinin ixtisaslarını seçiblər. Neft-qaz mühəndisliyi” ixtisası 1-ci qrup ixtisasları üzrə müsabiqədə birinci yerdə ən çox göstərilmiş ixtisas olmuşdur.  Belə ki, azərbaycan bölməsində ixtisasa sənəd verənlərin ümumi sayının 58,75%-i, rus bölməsində isə 68,92%-i Bakı Ali Neft Məktəbinin bu ixtisasını birinci yerdə olduğunu göstərir.

Bakı Ali Neft Məktəbinin uğurları Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin həyata keçirdiyi layihələrin perspektivləri, təhsil prosesinin mütərəqqi proqramlar və müasir texnologiyalar əsasında təşkili ilə bağlıdır.

 

 

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB