Modern.az

Azərbaycanda Novruz bayramı QEYD OLUNUR

Azərbaycanda Novruz bayramı QEYD OLUNUR

Aktual

20 Mart 2025, 08:43

Bu gün Azərbaycanda Novruz bayramıdır.

Modern.az-ın məlumatına görə, bu il Azərbaycana yaz fəsli martın 20-si saat 13:01-də daxil olacaq.

Bu zaman gecə ilə gündüz bərabərləşəcək, Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsəcək və Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçəcək. Həmin andan Şimal yarımkürəsində yaz fəsli, Cənub yarımkürəsində isə payız fəsli başlayacaq.

Novruz bayramını qeyd etmək Türk xalqlarının qədim ənənələrindən biridir. Novruz azın gəlişinin bayram edilməsidir. 

Azərbaycanlılar bayramı Novruz, qırğızlar Nooruz, özbəklər Növroz, başqırdlar Nevruz, tatarlar Navruz, çuvaşlar Naurus, Krım türkləri Nevrez adlandırırlar.

Azərbaycan Novruz ənənələrini tam qoruyub saxlayan türk dövlətlərindən biridir. Bayramdan əvvəl dörd çərşənbə qeyd olunur: Su, Od, Yel və Torpaq çərşənbələri. İnsanlar bayram axşamı tonqal qalayır, xonçalar hazırlayır, qapılara papaq atır, qulaq pusqusuna çıxır, yumurta döyüşdürürlər.

Novruz bayramı fars, əfqan, hind, tacik, eləcə də Azərbaycanda yaşayan digər azsaylı xalqların nümayəndələri arasında da geniş yayılıb və qeyd edilir.

Bu il Novruz və Ramazan bayramları ilə əlaqədar Azərbaycanda martın 20-dən aprelin 1-dək ardıcıl 12 qeyri-iş günü olacaq.

Sizə yeni x var
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək