Modern.az

Haker hücumuna məruz qalmış “Azdrama”nın direktoru: “Onsuz da yeni sayt açırıq”

Haker hücumuna məruz qalmış “Azdrama”nın direktoru: “Onsuz da yeni sayt açırıq”

29 Yanvar 2014, 12:50

“Ümumiyyətlə, teatrın saytı köhnəlmişdi. İndi təzə sayt hazırlamışıq. Fevralın 1-də “Azdrama”nın yeni saytının təqdimatı olacaq. Artıq zənginləşmiş, mükəmməl bir sistemdə işləyəcək”. Bunu Modern.az-a açıqlamasında Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov deyib.

Qeyd edək ki, dünən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının saytı haker hücumuna məruz qalıb. Monitorda yalnız Səddam Hüseynin fotosu görünürdü. Teatrın saytı bu gün də fəaliyyət göstərmir.

İ. İsrafilovun sözlərinə görə teatrın muzeyi də hazırlanır. “Teatrın muzeyini də hazırlayırıq. İstəyirik martın 10-na, yəni Teatr Gününə sürpriz edək”.

Misranə Həsənzadə

Sizə yeni x var
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB