Modern.az

“Milli Məclisdə səfərbərlik elan edilməsi üçün hüquqi hazırlıqlar yoxdur” - Deputatdan AÇIQLAMA

“Milli Məclisdə səfərbərlik elan edilməsi üçün hüquqi hazırlıqlar yoxdur” - Deputatdan AÇIQLAMA

29 Yanvar 2014, 12:52


“Səfərbərliklə bağlı konkret çağırış baş verərsə, bu artıq rəsmi qərar halında olmalıdır. Ümumilikdə şayiələr formasında deyilən, yaxud məxsusi olaraq hansısa tədbirlər səfərbərlik hesab edilə bilməz”. Bunu Modern.az-a Milli Məclisin Təhlükəsizlik və Müdafiə Məsələləri Komitəsinin üzvü, millət vəkili Zahid Oruc deyib.

Deputatın sözlərinə görə, “Səfərbərlik haqqında” Qanuna əsasən, səfərbərlik ölkə miqyasında aparıla bilər. “Lokal olaraq hansısa regionda qanunda nəzərdə tutulmuş yaş həddinə qədər olan insanları əhatə edən məqamlar olarsa, bu halda Müdafiə Nazirliyinin səfərbərlik üzrə müvafiq qurumlarının bu yöndə qərarı olmalıdır. Məsələ ilə əlaqədar Azərbaycanın səfərbərlik ehtiyatlarının dəqiqləşdirilməsi, münaqişənin silahlı vasitələrlə tənzimlənməsi gerçəkliyi yaranarsa, bu halda ölkənin bütün resurslarının dəyərləndirilməsi, işlərin koordinasiyası yönündə addımlar atıla bilər. Amma bu vətəndaşların, ehtiyatda olan hərbiçilərin birbaşa səfərbərlik kimi əməliyyatlara cəlb olunması kimi xarakterizə edilə bilməz”.

Z. Oruc bildirib ki, Milli Məclisdə səfərbərlik elan edilməsi istiqamətində hər hansı hüquqi hazırlıqlar yoxdur. Millət vəkili dövlətin siyasi xəttini müdafiə edən bir şəxs kimi vurğulayıb ki, məsələ ilə bağlı atılacaq addımların müdafiə olunması, izahı yönündə tapşırıq altında deyillər. “Mülki vətəndaşlarımız bilsinlər ki, onlar öz mülki həyatlarını davam etməlidirlər. Səfərbərliyə zərurət yoxdur. Azərbaycan Silahlı Qüvvələrinin sayı kifayət qədərdir. Belə olan təqdirdə, mülki insanların üzərinə hərbi vəzifələr qoymaq bir zərurət kimi meydana çıxmır”.

Aqşin KƏRIMOV

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB