Modern.az

Bayram günlərində qidadan zəhərlənənlər olub

Bayram günlərində qidadan zəhərlənənlər olub

Aktual

21 Mart 2025, 10:42

Bayram günlərində 12 nəfər qidadan zəhərlənib.

Modern.az xəbər verir ki, bu barədə Trend-ə Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd bildirib.

"Bayram günlərində (18.03.2025-ci il tarixindən 21.03.2025-ci il tarixinə qədər) qida zəhərlənməsi şübhəsi ilə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə 12 nəfər qəbul edilib.

Onlarda ürəkbulanma, qusma və mədə şikayətləri olub.

Müraciət edən şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Ölüm halı qeydə alınmayıb", - o qeyd edib.

Sizə yeni x var
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək