Modern.az

Putindən İlham Əliyevə bayram TƏBRİKİ

Putindən İlham Əliyevə bayram TƏBRİKİ

Ölkə

21 Mart 2025, 14:54

Rusiya Federasiyasının Prezidenti Vldamir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.

Modern.az-ın məlumatına görə, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Novruz - bahar bayramı münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Rusiya-Azərbaycan münasibətləri tərəfdaşlıq və müttəfiqlik ruhunda uğurla inkişaf edir. Əminəm ki, biz birgə səylərlə gələcəkdə də dost xalqlarımızın rifahı naminə, Cənubi Qafqazda və Xəzərdə təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi maraqlarına uyğun olaraq qarşılıqlı faydalı ikitərəfli əlaqələri fəal şəkildə gücləndirəcəyik.

Hörmətli İlham Heydər oğlu, bu əziz bayram günündə Sizə ürəkdən möhkəm cansağlığı və uğurlar, Azərbaycanın bütün vətəndaşlarına isə xoşbəxtlik və tərəqqi arzulayıram".

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu