Modern.az

Azərbaycanda yük qatarı relsdən çıxıb, vaqonlar aşıb

Azərbaycanda yük qatarı relsdən çıxıb, vaqonlar aşıb

29 Yanvar 2014, 13:49


Bu gün 12:15-də "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Muğan-Qarasu mənzilində Hacıqabuldan Gəncə istiqamətinə hərəkət edən yük qatarının 15 vaqonu relsdən çıxıb, 6 taxıl vaqonu aşıb və yükü dağılıb.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov Trend-ə bildirib ki, ilkin məlumata görə hər iki istiqamətdə qatarların hərəkəti dayandırılıb.

Hadisənin nəticələrinin aradan qaldırılmasına "Fövqəladə Hallar Qatarı" MMC-nin Hacıqabul bölməsinin canlı qüvvəsi və texnikası cəlb edilib.

Hadisənin baş vermə səbəbi Hərəkətin təhlükəsizliyi üzrə texniki müfəttişlik və müvafiq qurumlar tərəfindən araşdırılır.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU