Modern.az

Barmaqla göstərilən adamlar - onlar Facebook-da yoxdur

Barmaqla göstərilən adamlar - onlar Facebook-da yoxdur

Təhsil

29 Yanvar 2014, 14:15


İndiki dövrdə sosial şəbəkədə olmayanlar barmaqla göstərilər. Virtual dünyanın sakinləri getdikcə artmaqdadır. Hərə bir səbəbdən oradadır. Hətta, bəzi adamlar real dünyadan çox orada olur. Bəziləri üçün sosial şəbəkə sanki bir növ gündəlikdir. Gün ərzində etdiklərinin hesabatını orada verirlər. Orada yatıb, orada dururlar, orada sevinir, qəmlənir, dalaşır, barışır, küsür, qəzəblənirlər. Və getdikcə real dünyadan çox, virtual aləmə məxsus olurlar. İnsan canlı aləmi, canlı ünsiyyəti niyə bir monitorun içindəki balaca dünyaya dəyişir? Bu aludəçilik nədən qaynaqlanır və nəyə gətirib çıxara bilər?

Modern.az saytının suallarını psixoloq Elnur Rüstəmov cavablandırır:

“Əslində virtuallığa bu cür xüsusi diqqət yetirmək informasiyanın vermiş olduğu problemlərdən biridir ki, bir qisim insanlar sosial şəbəkələrdə daha çox özünü təsdiq etmə, orada bir virtual dünya qurmağa və onunla yaşamağa üstünlük verirlər. Sosial şəbəkələrdən müxtəlif məqsədlər üçün istifadə edən insanlar var. Kimi öz işi ,kimi necə dincəlməyi, kimi hədəfləri haqqında məlumat verir. Ancaq bir qisim insanlar üçün isə sosial şəbəkələr sanki bir zaman keçirmək funksiyası daşıyır ki, bu da getdikcə onlarda asılılığa gətirib çıxarır. Sosial şəbəkələrdən asılılıq onların həzz alma nöqtələrini daha da məhdudlaşdırır. Tutaq ki, əgər nəsə paylaşırsa “like” alırsa (bəyənilirsə), özünü daha yaxşı hiss edir və ətraf tərəfindən diqqətə alındığını zənn edir. Canlı ünsiyyət, canlı münasibət, dolasıyla insanlararası münasibət realdan virtuala keçir. Bu da bir çox psixoloji narahatçılığa səbəb olur: cəmiyyətdən təcrid olunma, insanlardan uzaqlaşmaq, ailədən uzaqlaşmaq və özünə qapılma. Nəticədə depressiya, stress, fobiyalar və s. narahatçılıqlara yol açır. Tövsiyəmiz bunu tənzimləmək və konkret müddətlərdə sosial şəbəkələrdə olmaqdır. Yəni, bunun bir konkret vaxtı olmalıdır. Belə olduğu təqdirdə qeyd etdiyimiz problem də müəyyən qədər tənzimlənəcək”.

Misranə Həsənzadə

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB