Modern.az

Pakistan səfiri Azərbaycana başsağlığı verdi

Pakistan səfiri Azərbaycana başsağlığı verdi

Aktual

22 Mart 2025, 11:57

Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin Gədəbəydə qar uçqunu nəticəsində iki əsgərin həlak olması ilə bağlı başsağlığı verib.

Modern.az-ın məlumatına görə, səfir bu barədə "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Martın 19-da Gədəbəydə qar uçqunu nəticəsində iki əsgərin faciəvi şəkildə həlak olması ilə bağlı qardaş Azərbaycan hökumətinə və xalqına dərin hüznlə başsağlığı veririk. Dualarımız onların ailələri ilədir", - o qeyd edib.

Gədəbəy rayonu ərazisində yerləşən xidmət yerindən qayıdarkən dumanlı hava şəraitində qar uçqununa düşən əsgər İmanov Əli Tariyel oğlunun və əsgər Həmidov Ruslan Rüstəm oğlunun nəşi dünən tapılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək