Modern.az

Gəmilərə xəbərdarlıq edildi

Gəmilərə xəbərdarlıq edildi

22 Mart 2025, 20:39

Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edir.

 

Bu barədə Modern.az-a Agentliyin İctimaiyyətlə əlaqələr xidmətinin mətbuat katibi Pərvanə İmanova məlumat verib. 

 

Xəbərdarlığa əsasən, bu gün axşamdan Xəzər Dəniz Akvatoriyasında müşahidə olunan şimal-qərb, şimal küləyi martın 24-ü axşam saatlarına kimi davam edəcək. 

 

Həmin günlər ərzində şimal-qərb, şimal küləyinin 18-23 m/s, arabir 25-28 m/s-dək güclənəcəyi gözlənilir.

 

Dalğanın hündürlüyünün isə 3.0-4.0 m, sonrakı inkişafda isə 4.0-6.0 m. çatacağı proqnozlaşdırılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək