Modern.az

Çingiz İsmayılov VƏFAT ETDİ

Çingiz İsmayılov VƏFAT ETDİ

İdman

23 Mart 2025, 22:23

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) keçmiş baş katibi, futbol veteranı Çingiz İsmayılov vəfat edib.

Modern.az xəbər verir ki, bu barədə mərhumun yaxınları sosial şəbəkədə məlumat paylaşıb.

Çingiz İsmayılov bu il aprelin 12-də 90 yaşını qeyd edəcəkdi.

O, pnevmoniya səbəbindən xəstəxanaya yerləşdirilmişdi.

Qeyd edək ki, Çingiz İsmayılov 1956-1961-ci illərdə "Neftçi"nin şərəfini qoruyub. Sonra "Neft daşları", həmçinin Bakının və Gəncənin "Dinamo" komandalarında oynayıb. Futbolçu karyerasını bitirəndən sonra televiziyada futbol şərhçisi kimi çalışıb, sonra "Neftçi"nin rəisi (1987-1993), AFFA-nın baş katibi (1994-2003) olub. 89 yaşlı veteran futbolçu 2022-ci ilin dekabrında "Tərəqqi" medalı ilə təltif edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər