Modern.az

34 yaşlı kişi qonaq getdiyi evdə dəm qazından öldü

34 yaşlı kişi qonaq getdiyi evdə dəm qazından öldü

24 Mart 2025, 10:22

Zaqatalada 34 yaşlı kişi dəm qazından boğularaq ölüb.

Modern.az-ın məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun Aşağı Tala kəndində baş verib. Bakı şəhər sakini 34 yaşlı Sənan Oruc oğlu Məmmədovun meyiti bu gün səhər saatlarında yaşadığı evin hamamında aşkarlanıb.

İlkin məlumata görə, S.Məmmədovun dəm qazından boğularaq ölüb.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, əslən Aşağı Tala kəndindən olan S. Məmmədov bayramı qeyd etmək üçün ailəsi ilə birlikdə kəndə qonaq gəlibmiş.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!