Modern.az

“Azərsu” ASC-nin əsas məqsədi istehlakçıların su təminatının yaxşılaşdırılmasıdır

“Azərsu” ASC-nin əsas məqsədi istehlakçıların su təminatının yaxşılaşdırılmasıdır

Təhsil

29 Yanvar 2014, 17:22

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti istehlakçıların fasiləsiz içməli su ilə təmin olunması, su itkilərinin qarşısının alınması, hidravlik rejimin təmin olunması, uçotun düzgün qurulması məqsədilə çoxmənzilli yaşayış binalarının su təchizatı sisteminin yenidən qurulması üzrə genişmiqyaslı işlər həyata keçirir.   Modern.az-ın məlumatına görə, 2012-ci ildə Bakı şəhərinin Suraxanı və Binəqədi rayonlarının müxtəlif  ərazilərində çoxmənzilli yaşayış binalarının supaylayıcı sistemlərinin tamamilə yenidən qurulması istiqamətində pilot layihələr müsbət nəticələr verib. Bütün bunlar  əsas götürülərək Bakı şəhərinin digər rayonları, həmçinin Sumqayıt və Xırdalan şəhərlərindəki çoxmənzilli binalarda da istismar müddətini başa vurmuş su təchizatı sistemlərinin yenidən qurulması işləri həyata keçirilib.

2013-cü ildə Bakı şəhəri və Abşeron yarımadasında 919 çoxmənzilli  binanın daxili su şəbəkələrinin yenidən qurulmasına başlanılıb. Layihəyə uyğun olaraq həmin binalarda uzun müddətdir istismarda olan metal borulardan ibarət xətlər  polietilen borularla əvəzlənir. Binaların  zirzəmilərində yararsız vəziyyətə düşmüş aşağı paylayıcı şəbəkələr binaların həyətinə çıxarılır, eyni zamanda mənzillərin daxilindən (şaxtalardan) keçən dik dayaqlar ləğv edilərək supaylayıcı xətlər pilləkən qəfəslərində quraşdırılır. İl ərzində binaların daxili su təchizatı sistemlərinin yaxşılaşdırılması məqsədi ilə ümumi uzunluğu 105 km olan  su xətləri çəkilib. Layihəyə uyğun olaraq hər bir abunəçi ön ödənişli smart-kart sayğacla təmin olunur və indiyə qədər həmin binalarda  70 min ədəd sayğac quraşdırılıb. Görülmüş işlər nəticəsində həmin binalarda 280 minə qədər sakinin içməli su təchizatı yaxşılaşıb. Yanğından mühafizəni asanlaşdırmaq üçün hər bir binanın qarşısında yanğın hidrantları quraşdırılıb.

 

 

 

 

 

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB