Modern.az

Rusiya-ABŞ danışıqları başa çatdı - 12 saatdan sonra...

Rusiya-ABŞ danışıqları başa çatdı - 12 saatdan sonra...

Dünya

24 Mart 2025, 23:45

Rusiya və ABŞ nümayəndə heyətləri arasında Ər-Riyadda aparılan danışıqlar 12 saatdan sonra başa çatıb.

 

Modern.az xəbər verir ki, bu barədə RİA Novosti agentliyi məlumat yayıb.

 

Danışıqların detalları hələlik açıqlanmır.

 

***

22:27

Rusiya və ABŞ nümayəndələri Ər-Riyadda (Səudiyyə Ərəbistanı) təxminən bir saat əvvəl elan olunan fasilədən sonra danışıqları davam etdirirlər.

 

Modern.az xəbər verir ki, bu barədə TASS mənbəyə istinadən məlumat yayıb.

 

Məsləhətləşmələr doqquz saatdan çoxdur  davam edir.

 

Qeyd edək ki, tərəflər əvvəllər üç dəfə danışıqlarda fasilə elan ediblər.

 

***

18:11

Rusiya və ABŞ arasında Ər-Riyadda məsləhətləşmələr ikinci qısa fasilədən sonra yenidən başlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə TASS mənbəyə istinadən məlumat yayıb.

 

Qeyd olunub ki, tərəflər arasında danışıqlar artıq altı saatdan çoxdur davam edir.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi