Modern.az

Deputat özünü yandıran Bərdə sakini haqda danışdı

Deputat özünü yandıran Bərdə sakini haqda danışdı

Təhsil

29 Yanvar 2014, 18:25


“Özünü yandıran Bərdə sakini rayonun müvafiq dövlət qurumlarının diqqət mərkəzindədir”. Bu sözləri Modern.az-a açıqlamasında Bərdədən seçilən deputat Zahid Oruc deyib. Millət vəkili qeyd edib ki, II qrup Qarabağ əlilinin özünü yandırması və bu hadisə onu çox narahat edir. “O heç zaman bizə müraciət etməmiş şəxsdir, baxmayaraq ki, seçici olaraq mənim təmsil olunduğum ərazidən deyil. Bununla bərabər mənim hər kəs-o insanlar qarşısında borcum var”.

Z. Oruc bildirib ki, bu konkret bir dövlət qurumundan şikayət zəminində şəxsin hansısa neqativ əhval-ruhiyə altında özünə, bədəninə qəsd etməsi hadisəsi deyil. “Artıq dərəcədə ailə durumu, onun övladının da müəyyən xəstəliyi daşıması və bunlarla bağlı əhval-ruhiyyəsində toplaşan neqativlik onu bu cür addımı atmağa vadar edir. Ilkin dindirmələr zamanı o konkret bir dövlət qurumu, ona olan münasibət, qanunsuzluqdan irəli gələrək bu hərəkəti etdiyini bildirməyib. Onun qeydiyyatdan çıxması və rayon mərkəzində evlə bağlı probleminin olması məsələsi də yaxın zamanlarda dəqiqləşəcək”.

Millət vəkili rayon sakinin yalnız ayaq nahiyəsində yanıqların olduğunu qeyd edib. “Bədənin digər nahiyələrində ağır problemlər yoxdur. Ümid bəsləyirik ki həyatı təhlükəsi də olmayacaq. Bütün hallarda arzulayırıq ki, bu insanlar öz həyatlarına qıymasınlar və bu heç bir halda mübarizə və təsir mexanizmi olmamalıdır. O insanların hər biri dövlətimiz və millətimiz üçün qiymətlidir və bizim hamımız da o insanlara daha həssaslıqla yanaşmalıyıq ki, heç bir halda belə psixoloji durum yaranmasın. Bu siqnalı biz belə qəbul edirik”.

Qeyd edək ki, Bərdə rayon Alpoud kənd sakini Maarif Vəliyev ötən gün axşam saatlarında Bərdə rayon İcra Hakimiyyəti qarşısında özünü yandırıb.

Aytən ƏLİYEVA

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB