Modern.az

İstanbulda silahlı hücum - Azərbaycan vətəndaşı yaralandı

İstanbulda silahlı hücum - Azərbaycan vətəndaşı yaralandı

25 Mart 2025, 08:33

İstanbulun Şişli bölgəsində restoranlardan birində silahlı insident baş verib.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, silahlı iki nəfər restoranda müştəri qismində olan 3 nəfərə atəş açıb. 

 

Hadisə nəticəsində həmin üç nəfərdən ikisi ağır, biri isə yüngül xəsarət alıb. Xəstəxanaya çatdırılan yaralıların Erkan A. və Beyhan T. adlı Türkiyə, eləcə də Hüseyn M. adlı Azərbaycan vətəndaşı olduğu məlum olub. 

 

İnsidenti törədən şəxslər isə hadisə yerindən qaçıb. Hazırda onların tapılması istiqamətində işlər aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!