Modern.az

Balıqçının meyiti sabah Azərbaycana veriləcək

Balıqçının meyiti sabah Azərbaycana veriləcək

25 Mart 2025, 19:07

Lənkəranda itkin düşən balıqçı, rayonun Siyavar kənd sakini Mahmud İbayevin meyitinin İranda balıqçılar tərəfindən aşkar olunması və sosial şəbəkələrdə fotosunun paylaşılması barədə məlumat vermişdik.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, mərhumun qardaşı meyiti ölkəyə gətirmək üçün artıq İran tərəfdədir.

 

Mahmud İbayevin qardaşı Rəşad İbayev həmin şəkildən qardaşının cəsədini tanıyıb.

 

Aidiyyəti qurumların dəstəyi ilə Rəşad İbayev İran tərəfdədir və qardaşının meyitini tapan şəxs Səid Hadiani ilə görüşüb. Səid Hadiani bildirib ki, meyiti Bəndər-Ənzəli şəhərində, Kəpurçay sahilində tapıb:

 

“Meyit suyun 25 metr dərinliyində idi. Başı aşağı suda qalmışdı. Üzü qaralmışdı, amma bədəni sağ-salamat idi. Qayığa qoyub çölə gətirdik və polisə məlumat verdik. Onu da deyim ki, bu ərazilər həmişə qayıqlarla nəzarət altındadır”.

 

Qeyd edək ki, sabah meyitin Azərbaycan tərəfə verilməsi nəzərdə tutulub.

Sizə yeni x var
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək