Modern.az

General Mədət Quliyev 197 işçisini cəzalandırıb

General Mədət Quliyev 197 işçisini cəzalandırıb

Təhsil

29 Yanvar 2014, 23:11

image
Yanvarın 29-da Ədliyyə Nazirliyi Penitensiar xidmətinin 2013-cü il ərzindəki fəaliyyətinin yekunlarına həsr olunmuş əməliyyat müşavirəsi keçirilib. Müşavirədə Penitensiar xidmətin rəhbərliyi, tabe qurumların rəisləri, habelə Ədliyyə Nazirliyinin Təşkilat-nəzarət baş idarəsinin və Cəzaların icrasına nəzarət üzrə müfəttişliyinin məsul əməkdaşları iştirak ediblər. 
Ədliyyə Nazirinin müavini, Penitensiar xidmətin rəisi ədliyyə general-leytenantı Mədət Quliyev Penitensiar xidmətin 2013-cü il ərzindəki fəaliyyətindən danışıb.

Qeyd edilib ki, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə elan edilən amnistiya iki mindən artıq məhkuma tətbiq edilib.
Bildirilib ki, penitensiar müəssisələrin əməliyyat aparatlarının respublikanın hüquq-mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlığı nəticəsində il ərzində 258 müxtəlif cinayətlərin üstü açılıb. 2013-cü il ərzində Penitensiar müəssisələrdə keçirilmiş əməliyyat-baxış tədbirləri nəticəsində 178 litr spirtli içki, 571 mobil telefon, 453 qram çəkidə müxtəlif narkotik vasitələr aşkar edilərək götürülüb. İl ərzində məhkumlar tərəfindən zərərçəkmişlərə 1 milyon 77 min 758 manat vəsaitin ödənilməsinə nail olunub. Məhkumların ictimai-faydalı əməklə təmin olunmaları sahəsində əvvəlki illərlə müqayisədə irəliləyiş əldə olunduğu, “Ədliyyə sahəsində islahatlara dəstək” Proqramı çərçivəsində 4 cəzaçəkmə müəssisəsində əlavə iş yerlərinin açılmasına imkan verən yeni istehsal sahələrinin təşkil olunduğu, 16 müəssisədə dəzgah, avadanlıq və alətlərin müasirləşdirildiyi vurğulanıb.

Müşavirədə hesabat dövrü ərzində Penitensiar xidmətin 197 əməkdaşının müxtəlif intizam məsuliyyətinə cəlb olunduğu, 37 əməkdaşın tutduğu vəzifədən azad edildiyi, 16 nəfərin isə ədliyyə oranlarından xaric edildiyi bildirilib.
Hesabat məruzəsi ətrafında Ədliyyə Nazirliyinin Cəzaların icrasına nəzarət üzrə müfəttişliyinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Malik Ələkbərov, habelə bir sıra cəzaçəkmə müəssisələrinin rəhbərləri çıxış ediblər.
Əməliyyat müşavirəsinə yekun vuran ədliyyə general-leytenantı Mədət Quliyev şəxsi heyətin adından ədliyyə naziri Fikrət Məmmədovu əmin edib ki, Penitensiar xidmət əməkdaşları əvvəlki illərdə olduğu kimi 2014-cü ildə də qarşıda duran vəzifələri daha yüksək səviyyədə icra etmək məqsədi ilə səy və bacarıqlarını əsirgəməyəcək.

Modern.az

Sizə yeni x var
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB