Modern.az

Paşinyan Rubio ilə danışıqlar apardı

Paşinyan Rubio ilə danışıqlar apardı

Dünya

25 Mart 2025, 22:24

Ermənistanın Baş naziri Nikol Paşinyanla ABŞ-nin dövlət katibi Marko Rubio arasında telefon danışığı olub.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.

Tərəflər Ermənistan - ABŞ strateji tərəfdaşlığına dair məsələlər, eləcə də regional gündəm ətrafında fikir mübadiləsi aparıblar.

Paşinyan dövlət katibini "Ermənistan və Azərbaycan arasında sülh və dövlətlərarsı münasibətlərin qurulması haqqında" layihənin razılaşdırıldığı danışıqlar prosesi barədə məlumatlandırıb.

Tərəflər Ermənistan və ABŞ arasında təmasların davam etdirilməsi ilə bağlı razılığa gəliblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi