Modern.az

Qəzza yenə bombalandı - 11 nəfər öldü

Qəzza yenə bombalandı - 11 nəfər öldü

Dünya

26 Mart 2025, 10:39

İsrailin Qəzzanı bombalaması nəticəsində 11 nəfər həlak olub.

Modern.az xəbər verir ki, bu barədə “AL Jazeera” telekanalı məlumat yayıb. Ölənlərdən 5-nin uşaq olduğu bildirilir. 

İsrail Ordusu Cəbəliyyə, Beyt Lahiya, Xan Yunis, Rəfah şəhərlərinə və Əl-Bureyc qaçqın düşərgəsinə aviasiya, dron və artilleriyadan istifadə etməklə zərbələr endirib.

Qeyd edək ki, martın 18-də İsrail ordusu Qəzza zolağında hərbi əməliyyatları bərpa edərək kütləvi hücumlar həyata keçirib və bununla da bu ilin yanvarında əldə olunmuş atəşkəs rejimi pozulub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu