Modern.az

Xankəndiyə turist axını - FOTO

Xankəndiyə turist axını - FOTO

Qarabağ

26 Mart 2025, 12:54

Bayram tətilini fürsət bilən sakinlər, işğaldan azad edilmiş bir çox rayonlarımızla bərabər Xankəndi şəhərinə də səfərlər edirlər.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətindən Modern.az-a verilən məlumatda bildirilib ki, həyatın yenidən canlandığı Xankəndi şəhərində artıq bayramlar və əlamətdar günlər əsl sahiblərinin iştirakı ilə qeyd edilir:

"Bu il Xankəndidə Novruz bayramı münasibətilə tonqallar yandırılıb, bayram konserti keçirilib. Bu da Xankəndi şəhərinə gələn turistlərin sayında xeyli artımla müşahidə edilir. Xüsusilə bura Bakı şəhəri və ətraf rayonlardan daha çox qonaq gəlir. Qonaqlar Xankəndi şəhərinin gəzməli-görməli yerləri ilə də tanış olurlar."

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi