Modern.az

Nazirlik 13 413 nəfər tənha ahıl və əlil vətəndaşa yardım edib

Nazirlik 13 413 nəfər tənha ahıl və əlil vətəndaşa yardım edib

30 Yanvar 2014, 11:29

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rayon (şəhər) Əhalinin sosial müdafiəsi mərkəzlərinin sosial işçiləri tərəfindən hazırda 13413 nəfər tənha ahıl və əlil vətəndaşa evlərində sosial-məişət xidməti göstərilir. Bu haqda Modern.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, onların 10752 nəfəri qadınlardır. Xidmətlə təmin olunanların 11275 nəfərdən çoxu 70 yaşdan yuxarı olanlardır. Şəhər və şəhər tipli qəsəbələrdə, rayon mərkəzlərində 1 nəfər sosial işçi 12 nəfərə, kənd yerlərində isə 8 nəfərə xidmət göstərir.

Sosial işçilər həftədə ən azı iki dəfə tənha ahıl və əlil şəxslərin evlərində olaraq onlara təmizlik işlərinin aparılmasında, zəruri ərzaq, sənaye və məişət əşyalarının alınması və s. işlərdə xidmət göstərirlər.

Qeyd edək ki, evlərində tək yaşayan və yaşadıqları rayonda (şəhərdə) qanunla onları saxlamağa borclu övladları, yaxud valideynləri olmayan 70 yaşına çatmış tənha ahıl vətəndaşlar, həmçinin I qrup əlillər, başqasının köməyinə ehtiyacı olan II qrup əlillər yoluxucu və ya ağır formalı ruhi xəstəlikləri olmadığı halda xidmətə götürülürlər.

 

 

Modern.az

Sizə yeni x var
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB