Türkiyənin paytaxtı Ankarada ağır qəza baş verib.
Modern.az TRT-yə istinadən xəbər verir ki, Ankaranın Haymana rayonunda iki avtomobilin toqquşması nəticəsində 6 nəfər ölüb, 3 nəfər yaralanıb.
Məlumata görə, ötmə əməliyyatı düzgün aparılmadığı üçün iki avtomobil toqquşub.
Yaralılar xəstəxanalara çatdırılıb, qəza ilə bağlı araşdırma aparılır.