Modern.az

Yeni filmdə Putini canlandırır - FOTOLAR

Yeni filmdə Putini canlandırır - FOTOLAR

Dünya

28 Mart 2025, 17:25

Rusiya Prezidenti Vladimir Putindən bəhs edən "Kreml sehrbazı" filminin çəkilişləri başlayıb.

Modern.az xəbər verir ki, filmdə Putin obrazını ingilis aktyor Cud Lou canlandırıb.

Filmin çəkilişləri Latviyada aparılır, aktyorun Putinə bənzədilməsi üçün xüsusi saç və makiyaj tətbiq olunub.

Ekran əsəri Giuliano da Empolinin eyniadlı kitabı əsasında çəkilib. Kitab 1990-cı illərdə Vladimir Putinin siyasi strateqinə çevrilən televiziya prodüseri Vadim Baranovun hekayəsindən bəhs edir.

Fransız rejissor Olivier Assayasın çəkdiyi filmdə Cud Lou Putinin prezidentliyinin ilk illərini canlandırır. Filmdə əsas diqqət Putinə deyil, onun köməkçisi Vadim Baranova yönəlib. Kadr heyətində Paul Dano, Alisia Vikander və Zax Qalifianakis kimi tanınmış aktyorlar yer alır.

1425191

1425192

1425194

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI