Modern.az

Türkiyədə bələdiyyə sədrinin müavini həbs edildi

Türkiyədə bələdiyyə sədrinin müavini həbs edildi

Dünya

28 Mart 2025, 18:30

Türkiyədə İstanbul şəhərinin Şişli bələdiyyə sədrinin müavini Ebru Özdemir həbs edilib.

Modern.az xəbər verir ki, bu barədə TRT kanalı məlumat yayıb.

O, PKK terror təşkilatının "şəhər konsensusu" adı altında fəaliyyətləri ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılıb.

Ebru Özdemir "Silahlı terror təşkilatına köməklik göstərmək" maddəsi üzrə çıxarıldığı məhkəmədə həbs olunub.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu