Modern.az

Təhsil Nazirliyi hansı universitetlərdən şikayətlər olduğunu açıqladı

Təhsil Nazirliyi hansı universitetlərdən şikayətlər olduğunu açıqladı

Təhsil

30 Yanvar 2014, 12:16

Təhsil Nazirliyi Sumqayıt Dövlət Universitetində prorektor və şöbə müdirlərinin vəzifədən azad olunması ilə bağlı xəbərlərə münasibət bildirib. Modern.az xəbər verir ki,  nazirliyin Elm, ali və orta ixtisas təhsil şöbəsinin müdir müavini Yaqub Piriyev deyib ki, Sumqayıt Dövlət Universitetinin heç bir rəsmi nümayəndəsi işdən azad edilməyib.
“Sadəcə onlar əvvəl prorektor və kafedra müdiri vəzifəsini yerinə yetirirdilər, indi isə kafedra müdiri vəzifəsini icra edirlər. Həmçinin sözügedən universitetdən nazirliyin “qaynar xətti”nə heç bir şikayət daxil olmayıb. Təhsil Nazirliyinin “qaynar xətti”nə Təfəkkür Universitetindən diplomlarla bağlı, BDU-dan tarix fakültəsinin qafqazşünaslıq ixtisasında imtahanla bağlı və BDU-nun Biologiya fakültəsindən təhsil haqqı ilə bağlı suallar daxil olub”-deyə Y. Piriyev qeyd edib.

  Namidə Bingöl  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB