Modern.az

Azərbaycan çempionatında YENİ REKORD

Azərbaycan çempionatında YENİ REKORD

İdman

30 Mart 2025, 12:55

Misli Premyer Liqasının XXVIII turu rekordla əlamətdar olub.

 

Modern.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, “Sumqayıt” - "Sabah" oyununda (3:3) qeydə alınıb.

 

Bakı klubu mövsümdə 15-ci heç-heçəyə imza atıb.

 

Paytaxt təmsilçisi bununla da Azərbaycan çempionatları tarixinin mütləq rekorduna imza atıb. “Sabah” bir mövsümdə ən çox heç-heçə edən komanda adına sahib çıxıb.

 

Bunadək rekord hərəyə 14 sülhə imza atan “Neftçi” (2009/2010), “Bakı” (2012/2013) və “Zirə”yə (2020/2021) məxsus idi. Ötən tur bu komandalara çatan “Sabah” Sumqayıtdakı heç-heçə ilə tarixə düşüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər