Modern.az

Myanmada zəlzələ - Ölənlərin sayı 1700-ü ötdü

Myanmada zəlzələ - Ölənlərin sayı 1700-ü ötdü

30 Mart 2025, 13:08

Myanmada zəlzələ nəticəsində ölənlərin sayı 1 700-ü ötüb.

 

Modern.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası Myanma Dövlət İnzibati Şurasına istinadən məlumat yayıb.

 

Məlumata görə, 3 400 nəfər xəsarət alıb, 300-ə yaxın insan itkin düşüb.

 

Xatırladaq ki, martın 28-də Myanmada güclü zəlzələ baş verib. Tailand Meteorologiya İdarəsinin məlumatına görə, yeraltı təkanların maqnitudası 8,2 olub. Zəlzələ Tailand, Çin və Vyetnamda hiss olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI