Modern.az

Yayım problemi yazılı medianı bir araya gətirdi - TƏDBİR

Yayım problemi yazılı medianı bir araya gətirdi - TƏDBİR

30 Yanvar 2014, 14:20


Bu gün Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Yayım Asosiyasiyasının təşkilatı ilə mətbuat rəhbərləri ilə redaktorların görüşü olub. “Azərbaycan mətbuatı - problemlər, perspektivlər” adlanan konfransda yaranan problemlərə aydınlıq gətirilib.  Azərbaycan mətbuatında yaranmış ağır vəziyyətlə bağlı  təşkil olunan konfransda redaktorlar, jurnalistlər, , deputat, ictimai-siyasi xadimlər də iştirak edib. 

Modern.az xəbər verir ki, Yayım Assosiasiyasının rəhbəri Yaşar Zeynalov konfransda çıxışı zamanı qeyd edib ki, Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamenti tərəfindən səyyar qəzet yayımına qoyulan qadağa bu konfransın keçirilməsini zəruri edib. “Bu gün səyyar mətbuat yayımı mətbuatın üçdə birini, hətta bir qədər də çoxunu təşkil edir: Hesab edirik ki, səyyar yayıma qoyulan qadağalar ümumilikdə mətbuata qoyulan qadağadır. Mətbuat haqqında qanunda bununla bağlı heç bir bənd yoxdur”.

Mətbuatın durumunun yaxşı olmadığını deyən “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu vurğulayıb: “Bu proses 2012-ci ilin may ayından etibarən başlanıb. 2013-cü ilin oktyabrından metro stansiyalarda mətbuat orqanlarının satışı aradan qaldırılıb. Mətbuat orqanları sıradan çıxmaq təhlükəsi qarşısındadır. Bu proses baş verdiyinə və mərhələli şəkildə getdiyinə görə hər kəs zərər görür. Biz yığışıb həyəcan təbili çalırıq ki, yazılı mətbuatı və iş yerimizi qoruyaq. Kimin xəbəri yoxdursa, xəbərdar edək. Bütövlükdə Azərbaycan yazılı mətbuata risk altındadır. Mətbuat Şurası redaktorlarla birgə yayım problemini müzakirə edərək təkliflər hazırlasa da, vəziyyət dəyişməyib”. 

“Məsələnin bircə mahiyyəti var. Bu, hakimiyyətin informasiya siyasətidir. Çalışırıq ki, ölkə əhalisi az informasiya alsın. Özəl telekanallar da faktiki olaraq dövlət nəzarətindədir. Qəzetdə olan informasiya daha həqiqətə yaxındır. Buna görə də əhalini bunlardan mərhum edirlər. Hakimiyyət bunu qarşısına qoyub”. Bu sözləri isə konfransda iştirak edən deputat İqbal Ağazadə deyib.


Rafiq Qənbərov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB