Modern.az

Zelenski ötən il nə qədər qazanıb?

Zelenski ötən il nə qədər qazanıb?

30 Mart 2025, 23:16

Ukrayna prezidenti Volodimir Zelenski 2024-cü il üçün gəlir və xərclər bəyannaməsini dərc edib.

Modern.az xəbər verir ki, bəyannamə Ukrayna prezidentinin rəsmi saytında yerləşdirilib.

Bəyannaməyə əsasən, Zelenski və onun ailə üzvlərinin 2024-cü ildə gəlirləri 15 milyon 286 min 193 qrivna təşkil edib.

“Zelenski ailəsinin 2024-cü ildəki gəliri dövlət başçısının maaşı, bank faizləri və öz daşınmaz əmlakının icarəsindən əldə olunan gəlirdən ibarət olub”, - deyə hesabatda vurğulanıb. 

Ukrayna mətbuatı bildirir ki, Zelenski ailəsinin gəlirlərinin 2023-cü illə müqayisədə artması kirayə haqqının tam məbləğinin bərpası ilə bağlıdır.

“Dövlət başçısının ailəsinin qalan vəsaiti 2024-cü ilin sonunda ciddi dəyişməyib. Keçən il Ukrayna prezidentinin ailəsinin aktivlərində, daşınmaz əmlakında və ya nəqliyyat vasitələrində başqa əhəmiyyətli dəyişikliklər baş verməyib”, - deyə Ukrayna prezidentinin internet səhifəsində qeyd edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi